Beynəlxalq
Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.”Neftçi
İdman Klubu”nun cüdoçularından 60 kq çəki dərəcəsində lider olan Orxan Səfərov
2 pillə geriləyərək 3-cü sırada qərarlaşıb. 66 kq-da Nicat Şıxəlizadə 9-cu yerdədir.
Rio Olimpiya Oyunlarının gümüş medalçısı Rüstəm Orucov (73 kq) isə liderliyini
davam etdirir. Əbdülhəqq Rəsullu (84 kq) 7 pillə geriləyib və 64-cü sıraya
düşüb. 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev 20-ci yerdədir. 100 kq-da isə
Elmar Qasımov liderliyini qoruyub saxlayıb.