AFFA-nın
aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda
çempionata fasilə verildiyindən “Neftçi İdman Klubu”nun U-17 və U-14
komandaları Gürcüstanın Çakvi şəhərində təlim-məşq toplanışında olublar.Yanvarın
16-dan 24-dək davam edən toplantıda U-17 komandamız paralel olaraq bir sıra yoldaşlıq oyunları da keçirib. Komandamız
“Kabuleti”, “Dinamo” və “Bobokvati” kollektivləri ilə qarşılaşıb və rəqiblərini
müvafiq olaraq 6:1, 2:1 və 6:2 hesabı ilə məğlub edib.U-14
komandamız isə həmin şəhərdə təşkil olunan turnirə qatılıb və bütün görüşləri qələbə
ilə başa vuraraq liderliyə yüksəlib. Futbolçularımız “Momavali” (6:1), “Kaspi”
(2:1), “Ozurgeti” (3:1) və “Bobokvati” (1:0) komandaları ilə keçirdikləri
oyunların hər birində əldə etdikləri inamlı qələbə sayəsində turnirin qalibi
adını qazanıblar.Çakvi
şəhər bələdiyyəsi tərəfindən keçirilən turnirin qaliblərinə kubok, medal və
diplomlar təqdim olunub.