Xəbər verdiyimiz kimi, sentyabrın 7-də neft, qaz və
kimya sənayesi işçilərinin XXIII Spartakiadası öz işinə başlayıb. 31 komandanın
qatıldığı yarışlarda həyəcan davam edir.Spartakiadanın ilk günü atletika, dünən isə üzgüçülük
yarışlarına yekun vuruldu. Bu gündən etibarən voleybol, stritbol və şahmat növləri
üzrə yarışlara start verildi. Sabah isə dama yarışlarının keçirilməsinə
başlanılacaq. Spartakiadanın başladığı gün startı verilmiş mini-futbol turniri
hələ də davam etməkdədir.Artıq atletika və üzgüçülük yarışlarında qaliblər
müəyyən olundu və bu gün onların mükafatlandırılması mərasimi gerçəkləşdi.Atletikanın ailə yarışlarında oğlanlar arasında Gəncəliyevlər
ailəsi (Heydər Əliyev adına NEZ), qızlar arasında isə Əsədovlar ailəsi (“Neft
Daşları” NQÇİ) qalib adını qazandı. Yerindən tullanmada kişilərin yarışında
Şahin Cahangirov (Heydər Əliyev adına NEZ), qadınlar arasında isə Rəhimə Əhmədova
(“Neft Daşları” NQÇİ) lider oldu. 100 metr məsafəyə qaçışda kişilərdən Elçin Məmmədov
(Heydər Əliyev adına NEZ), qadınlardan isə Zərifə Məmmədova (Neft Kəmərləri
İdarəsi) hamıdan üstün nəticə göstərdi. Qaçaraq tullanma yarışlarında Elçin Məmmədov
(Heydər Əliyev adına NEZ), qadınlar arasında isə Rəhimə Əhmədova (“Neft
Daşları” NQÇİ) 1-ci yeri tutdu. Nüvəitələmə növündə kişilərdən Elvin Cəfərov, zərif
cinsin nümayəndələrindən isə Lalə Bədəlova (hər ikisi Heydər Əliyev adına NEZ)
qalib adını qazandı.Üzgüçülük yarışında kişilər arasındaRişad Zeynalov (Heydər Əliyev adına NEZ), qadınlardan isə
Olqa Okunova (“Neft Daşları” NQÇİ) liderliyə yüksəldi.