2001-2002-ci
illər təvəllüdlü yeniyetmələr arasında boks üzrə açıq Bakı birinciliyi sona
çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 158 dəri əlcək ustası bacarığını
nümayiş etdirib.Klubumuzun
boksçularından beşi mükafatçılar arasında yer alıb. Onlardan Afət Babayev (48
kq) və Ədalət Sayılov gümüş, Röyal Buludov (52 kq), Samir Nəsirov (57 kq) və
Əmri Novruzov (75 kq) isə bürünc medala layiq görülüb.