On beş
yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyinə yekun vurulub. “Sərhədçi”
İdman Olimpiya Mərkəzində təşkil olunan və iki gün davam edən (26-27 yanvar) yarışda
400-dən artıq yeniyetmə cüdoçu mübarizə aparıb.Paytaxt birinciliyinə “Neftçi İdman Klubu”nun
kiçikyaşlı cüdoçuları da qatılıblar. Təmsilçilərimiz 2-si qızıl, 3-ü gümüş və
7-si bürünc olmaqla, yarışın 12 medalına yiyələniblər. Onlardan 46 kq çəki dərəcəsində
mübarizə aparan Əlihümbət Qafarov və Vüqar Talıbov (60 kq) məğlubiyyət
tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.