Şağan Olimpiya İdman Kompleksində sambo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub. Yeniyetmələr, gənclər və kişilər arasında təşkil olunan yarışda gərgin idman mübarizəsi müşahidə olunub.”Neftçi İdman Klubu”nun samboçuları çempionatda əzmlə mübarizə apararaq ümumilikdə 41 medala (11 qızıl, 13 gümüş, 17 bürünc) sahib olublar.Yeniyetmələr arasında Rəşad Dünyamalıyev (56 kq), Teymur Allahverdiyev (70 kq), Əli Nəzərli (75 kq) və Hüseynəli İsgəndərov (81 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq ölkə çempionatının qalibi adını qazanıblar.Gənc samboçularımızdan 48 kq çəkidə çıxış edən Sabir Ağayev, Eyvaz Baxşıyev (52 kq), Elmin Hüseynov (62 kq), Bahadur Əsgərov (68 kq) və Elvin Abbasov (100 kq) eyni uğuru təkrarlayıblar və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Kişilərin yarışında isə Ağasif Səmədov (52 kq) və Cavidan Qarayev (62 kq) respublika çempionatının qızıl medalına yiyələniblər.