İspaniyanın
Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kubokuna yekun
vurulub. 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) qatıldığı yarışda Azərbaycan
yığma komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunub. Mötəbər turnirdə
uğurla çıxış edən millimiz 7 medala (4 qızıl, 2 gümüş, 1 bürünc) yiyələnib və
komanda hesabında 1-ci yeri tutub.”Neftçi
İdman Klubu”nun yığmamızın heyətində yer almış yeniyetmə cüdoçusu Knyaz
Mahmudlu (66 kq) yalnız finalda məğlub olub və Avropa kubokunun gümüş medalını
qazanıb.