Ağır Atletika
Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən
ağırlıqqaldırma üzrə ölkə birinciliyinə yekun vurulub. Yarışda paytaxt və bölgələrdən
150-ə yaxın ağır atlet gücünü sınayıb.Klubumuzun yeniyetmə ağırlıqqaldıranı Səbuhi Həsənov
(72,4 kq) toplam 200 kq (90+110) ağırlığın öhdəsindən gəlib və gümüş medala layiq görülüb.