Neft, qaz və kimya sənayesi işçilərinin XXIII
Spartakiadasında atletika, üzgüçülük və şahmat yarışlarının ardınca darts, kəndirdartma
və dama yarışlarına da yekun vurulub. Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman
Kompleksində keçirilən yarışlarda darts növündə qadınlar və kişilər arasında
Neft Kəmərləri İdarəsinin komandası liderliyi heç kəsə güzəşt etməyib. Heydər
Əliyev adına Neft Emalı Zavodu hər iki cinsin nümayəndələri arasında ikinci
olub. Qadınlar arasında “Neft Daşları” NQÇİ, kişi komandalarından isə “Siyəzənneft”
NQÇİ 3-cü yerə çıxıb.Kəndirdartma yarışında Heydər Əliyev adına NEZ-in
İlqar Əliyev, Paşa Novruzov, Elvin Cəfərov, Nurulla İsgəndərov, Zamin Əsədov və
Arif Qədimovdan ibarət komandası liderliyə yüksəlib. Neft Kəmərləri İdarəsi
(Rafiq Əliyev, Rüstəm Cəfərov, Elşad Rzayev, İntiqam Cəlilov, Hüseyn Əliyev,
Fuad İsmayılov) 2-ci, “Qaz İxrac” İdarəsinin komandası (Hikmət Əliyev, Rövşən
Şahsuvarov, Emin Ağayev, Rüfət Məmmədov, Ramin Səfərov, Anar Məhərrəmov) isə
3-cü yeri tutub.Dama növündə də Heydər Əliyev adına Neft Emalı
Zavodunun komandası birinci olub. Neft Kəmərləri İdarəsi və Nəqliyyat
Departamentinin komandaları isə müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərarlaşıblar.Hər üç idman növü üzrə qaliblərə klubumuzun diplom,
medal və xatirə hədiyyələri təqdim olunub.”Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən
spartakiada davam edir.