“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən
neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadası davam edir. Artıq
yarışların dördüncü günü sonaçatdı. Xəbər verdiyimiz
kimi, 14 idman növü üzrə keçirilən spartakiadada atletika və üzgüçülük
yarışlarına yekun vurulub.Bu gün isə şahmat növü üzrə yarışlar başa çatıb.
Artıq şahmat yarışlarında qaliblər də müəyyən olunub və onların
mükafatlandırılması mərasimi keçirilib. Bu növdə Neft Kəmərləri İdarəsinin
İlqar Qasımov, Nicat Mirzəyev və Zülfiyyə Əmirbəyovadan ibarət komandası qalib
adını qazanıb. “Azəriqaz” İstehsalat Birliyi (Xəyyam Həsənov, Nazim Əsədov,
Zemfira Baxışova) 2-ci, Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası
(Şahid Şəmilov, Musa Vəliyev, Mirvari Məmmədova) isə 3-cü yerə çıxıb.Qeyd edək ki, mini-futbol, voleybol, stritbol və
dama yarışları davam edir. Sabah isə daşqaldırma, darts, kəndirdartma və
stolüstü tennis növləri üzrə yarışlara start veriləcək.