“Neftçi
İdman Klubu”nun təmsilçisi Samir Cəbrayılov İtaliyada təşkil olunan 2.2
kateqoriyalı “Gino della Regione Friuli Venezia Giulia” veloyürüşündə qüvvəsini
sınayıb. Yarışın sonuncu, 3-cü mərhələsində 168 km məsafəni 3 saat 56 dəqiqə 10
saniyəyə qət edən idmançımız bürünc medala layiq görülüb.Xatırladaq
ki, Samir Cəbrayılov bugünlərdə Respublika Velotrekində keçirilmiş velosiped
idmanının trek növü üzrə Azərbaycan çempionatında kişilərin xalla qrup ötüşməsində
qızıl medal qazanmışdı.