“Neftçi
İdman Klubu”nun təşlikatçılığı ilə Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman
Kompleksində keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII
Spartakiadasında mini-futbol, voleybol, nərd, güllə atıcılığı, daşqaldırma,
stolüstü tennis, qolgücü və stritbol növləri üzrə yarışlar başa çatıb.
Mini-futbol yarışlarında “Suraxanı Oyl” Əməliyyat Şirkəti, voleybolda kişilər
arasında İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, qadınların yarışında isə
Heydər Əliyev adına Neft Emalı Zavodu, nərd növündə “Azəriqaz” İstehsalat
Birliyi, qolgücü yarışında Heydər Əliyev adına NEZ, güllə atıcılığında kişilər
arasında Neft Kəmərləri İdarəsi, qadınlarda Heydər Əliyev adına NEZ, stolüstü
tennis yarışında “Neft Daşları” NQÇİ, daşqaldırma və stritbol (kişilər və qadınlar) növlərinin hər birində isə Heydər Əliyev
adına Neft Emalı Zavodunun komandası qalib adını qazanıb.Adıçəkilən
bütün idman növləri üzrə qaliblər klubumuz tərəfindən mükafatlandırılıb.