“Şüa”
İdman-Sağlamlıq Kompleksində 1999-2001, 2002-ci il təvəllüdlü və daha kiçik
yaşlı idmançılar arasında stolüstü tennis üzrə respublika birinciliyi
keçirilib. Üç gün davam edən yarışda Bakı, Sumqayıt, Şəki, Şabran, Şirvan və
Salyan şəhərlərindən 100-ə yaxın idmançı bacarığını nümayiş etdirib. Turnir iştirakçıları
komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun yetirmələrindən 2002-ci
il təvəllüdlü və daha aşyaşlılar arasında Zemfira Mikayılova şəxsi yarışlarda
gümüş medala layiq görülüb. Qarışıq qoşa yarışlarında isə Zemfira Mikayılova və
İbrahim Ansaridən ibarət cütlük Azərbaycan birinciliyinin qızıl medalına sahib
olub.