Ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə
beynəlxalq kubok yarışlarına yekun vurulub. Xaçmaz rayonunun Nabran və Şabran
rayonunun Qalaaltı meşə zolaqlarında keçirilən turnir üç gün davam edib. Yarışa
yerli idmançılarla yanaşı, Türkiyə, Ukrayna və Rusiyadan olan atletlər də
qatılıblar. 10 komanda tərkibində 150-dən çox idmançının yer aldığı turnirdə
iştirakçılar 9 kateqoriya üzrə orta və uzun məsafələrdə yarışıblar. Beynəlxalq
kubok yarışları tanınmış xarici mütəxəssislər tərəfindən tərtib olunmuş beynəlxalq
standartlara uyğun idman xəritələri üzrə keçirilib.Elektron
qeydolunma sisteminin tətbiqi ilə təşkil edilən yarışda kateqoriyalar üzrə fərdi
və komanda hesabında qaliblər müəyyənləşib. “Dağçılıq” İdman Klubu komanda
hesabında qalib gələrək yarışın kubokunu qazanıb. İkinci və üçüncü yerlərə isə müvafiq
olaraq “Neftçi İdman Klubu”nun I və II komandaları layiq görülüblər.Fərdi yarışmalarda klubumuzun təmsilçisi Ramin
Əliyev kişilər arasında ümumi nəticələrə görə gümüş medal qazanıb. Zəriflərin
yarışında isə idmançımız Elina Çerpakova eyni uğura imza atıb.