Aprelin
21-də Gürcüstanın paytaxtı Tbilisidə start götürmüş sumo güləşi üzrə Avropa
çempionatı sona çatıb.”Neftçi İdman Klubu”nun Azərbaycan yığma
komandasının heyətində yer almış təmsilçisi Çingiz Səmədov (92 kq) 23
yaşlılardan ibarət idmançılar arasında Avropa çempionatının bürünc medalına
sahib olub.