Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan
ilk medalını qazanıb.Böyük qürur hissi ilə qeyd
etmək istəyirik ki, bu medalı ölkəmizə klubumuzun güllə atıcısı Ruslan Lunyov
qazandırıb. Bakı Atıcılıq Mərkəzində kişilərin 25 metr məsafəyə kiçik çaplı
tapançadan atəşaçma yarışında idmançımız 581 xal toplayaraq mötəbər turnirin qızıl medalına sahib
olub.Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3000-dən artıq idmançı qalib adı uğrunda mübarizə aparır.