IV
İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında Azərbaycan idmançıları
ilk qızıl medalı qazanıblar.Bakı Olimpiya Stadionunda təşkil olunan yarışda “Neftçi
İdman Klubu”nun paralimpiyaçısı Samir Nəbiyev bu uğura imza atıb. İdmançımız kişilər
arasında kürəatma yarışında 13.95 metr nəticə ilə bütün rəqiblərindən üstün
olub və İslamiadanın qızıl medalına yiyələnib.