Bakıda keçirilən IV İslam Həmrəyliyi
Oyunlarının paraatletika yarışlarında klubumuzun idmançısı Elçin Muradov gümüş
medala yiyələnib. Paraatletimiz Bakı Olimpiya Stadionunda paralimpiyaçılar
arasında təşkil olunan T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında
bu nailiyyəti qazanıb. O, bu məsafəni 11,64 saniyəyə qət edərək “Bakı-2017”nin
gümüş medalına layiq görülüb.