Bakıda
keçirilən IV İslam Həmrəyliyi Oyunlarının atletika və paraatletika yarışlarında
klubumuzun yetirmələri daha 4 medala sahib olublar. Bakı Olimpiya Stadionunda təşkil
olunan yarışda atletimiz Nazim Babayev üç təkanla uzunluğa tullanmada 17,15
metr nəticə göstərərək qızıl medala sahib olub.Kişi paralimpiyaçılar
arasında F57 kateqoriyası üzrə diskatma yarışında Samir Nəbiyev 45,17 metr nəticə
ilə özünün ikinci qızıl medalını qazanıb. O, bir gün əvvəl kürəatma yarışında
da çempion olmuşdu.Paralimpiyaçı
atletimiz Elmir Cəbrayılov isə Azərbaycan komandasının hesabına 44-cü qızıl
medalı yazdırıb. İdmançımız 100 metr məsafəyə qaçışda 10,98 saniyə nəticə ilə fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb.Kişi paralimpiyaçıların diskatma yarışında
klubun təmsilçisi Oloxan Musayev 40,49 metr nəticə göstərib və bürünc medal əldə
edib. Qeyd edək ki, idmançımız paraatletika yarışındakı ilk çıxışı zamanı nüvəitələmədə
qızıl medala yiyələnmişdi.