Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş
yarışlarına yekun vurulub.”Neftçi İdman Klubu”nun sərbəst güləşçisi, dünya çempionu və Olimpiya
Oyunlarının bürünc mükafatçısı Hacı Əliyev (61 kq) İslamiadanın qızıl medalına
sahib olub. İdmançımız türkmənistanlı Saparmurat Muradov, Tacikistan təmsilçisi
Todjiddin Xodjayev üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə
pəhləvanımız iranlı Məsud Esmailporjuybari ilə üz-üzə gəlib. Bu rəqibini də
inamlı mübarizəsi sayəsində məğlub edən güləşçimiz finala vəsiqəni təmin edib.
Həlledici görüşdə Qırğızıstan idmançısı Alibek Osmonovla qarşılaşan Əliyev
rəqibi üzərində 10:0 hesabıyla erkən qələbə qazanaraq IV İslam Həmrəyliyi
Oyunlarının qızıl medalına yiyələnib.İdmançımıza medalı dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyev təqdim edib.Xatırladaq ki, güləş yarışlarının ilk günlərində yunan-Roma
güləşçilərimizdən Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq), sərbəst güləşçilərimizdən isə Mahir Əmiraslanov (57 kq) İslamiadanın qızıl medallarını qazanmışdılar.