Bakıda
keçirilən IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında klubumuzun
daha iki yetirməsi mükafatçılar sırasına düşməyə müvəffəq olub. Paralimpiyaçılarımızdan
uzunluğa tullanmanın T12 kateqoriyasında mübarizə aparan Kamil Əliyev 7,10 metr
nəticə ilə gümüş medal qazanıb. Oleq Panyutin isə 6,78 metr nəticə göstərərk bürünc
medala sahib olub.