IV
İslam Həmrəyliyi Oyunlarının taekvondo yarışlarında klubumuzun daha bir
yetirməsi qızıl medala sahib olub. Kişilər arasında keçirilən yarışlarda
taekvondoçumuz Ramin Əzizov (87 kq) final görüşündə İran idmançısı Əhməd
Məhəmmədi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada
rəqibi üzərində 16:14 hesabı ilə qələbə qazanan Əzizov “Bakı-2017”nin qalibi
olub.