Mayın
17-də futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. “ABU Arena”da təşkil
olunan qarşılaşmada “Neftçi İdman Klubu” ilə “Baku Fayr” üz-üzə gəlib. Komandamızın
üstünlüyü şəraitində keçən matçda futzalçılarımız 7:5 hesabı ilə qələbə
qazanaraq ölkə kubokuna sahib olublar.Qeyd edək ki, klubun futzal komandası Azərbaycan
çempionatını 2-ci yerdə başa vurub.