Serbiyanın paytaxtı Belqradda yeniyetmə güləşçilərin Avropa birinciliyinə
yekun vurulub.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan
sərbəst güləşçilərindən ikisi ölkəmizə medal qazandırıb. 66 kq çəki dərəcəsində
mübarizə aparan Rəşad Əzizov və Fərid Cabbarov (73 kq) qitə birinciliyinin
bürünc medallarına sahib olublar.