“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışları başa çatıb. “Baku
Crystal Hall”da təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun təmsilçisi Orxan Xanlarov
iki medala yiyələnib. İdmançımız əvvəlcə çərxi-tiz fərdi növü üzrə yarışda
bürünc medal qazanıb. İkinci dəfə o, özünü çərxi-çəməni növü üzrə sınayıb. Bu yarışda
Xanlarov İslamiadanın gümüş medalına layiq görülüb.Qeyd edək ki, zorxana idman növü 2013-cü ildən İslam Həmrəyliyi Oyunlarının
proqramına daxil edilib.