Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında 20-ci “Çempionlar”
beynəlxalq turniri başa çatıb. Yarışda 12 ölkədən 400-ə yaxın idmançı qalib adı
uğrunda mübarizəyə qoşulub.”Neftçi İdman Klubu”nun qadın güləşi üzrə yığma komandamızın heyətində
təmsil olunan yetirməsi Türkan Nəsirova mükafata layiq yer tutub. 48 kq çəki
dərəcəsində çıxış edən güləşçimiz “Çempionlar” turnirinin bürünc medalına layiq
görülüb.