Polşanın Bielsko-Biala şəhərində keçirilən yeniyetmə cüdoçuların Avropa
kuboku sona yetib. 25 ölkədən 490 idmançının (284 oğlan, 206 qız) qatıldığı yarışda
Azərbaycan yığması 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunub.”Neftçi İdman Klubu”nun milli komandamızın tərkibində yer almış cüdoçularından
ikisi mötəbər turnirin mükafatçıları arasına düşə bilib. Yeniyetmələrimizdən 50
kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan Əli Əsgərzadə və Davud
Abbaslı (60 kq) Avropa kubokunun bürünc medallarına layiq görülüblər.