Belarusun paytaxtı Minskdə keçirilən sambo üzrə Avropa çempionatı başa
çatıb. Qitə yarışında ölkəmiz 7 idmançı ilə təmsil olunub.Samboçularımızdan ikisi mükafatçılar arasında yer alıb. Fərəhli haldır ki,
ölkəmizə medal qazandırmış hər iki samboçu “Neftçi İdman Klubu”nun
yetirmələridir. Finaladək inamla irəliləyən idmançılarımız Ağasif Səmədov (52
kq) və Emil Həsənov yalnız həlledici görüşdə məğlub olublar və Avropa
çempionatının gümüş medalına layiq görülüblər.Klubumuzun sambo üzrə məşqçisi Cabir İsmayılov isə mötəbər turnirdə
ədalət təmsilçisi qismində çıxış edib.