Mayın 27-də start götürmüş qılıncoynatma üzrə Bakı çempionatına yekun
vurulub.Qılıncoynatma Federasiyasının zalında keçirilən yarışda klubumuzun
təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər. İdmançılarımız sablya
yarışlarında mübarizə aparıblar. Bu növdə bütün medallara klubumuzun qılıncoynadanları
yiyələniblər. Belə ki, 12 sablyaçının qatıldığı kişilərin yarışında Cavanşir
Ağakişiyev paytaxt çempionatının qalibi olub. Yalnız finalda məğlub olan Elvin
Rzazadə gümüş, Abdulla Əhmədov və Xalid Əsədov isə bürünc medala layiq
görülüblər.Qadınlar arasında Sabina Mikina yarışın qızıl medalına sahib olub. Sevil
Bünyatova 2-ci, Nərminə Cəfərova və Sevinc Bünyatova isə 3-cü yeri tutublar.