Rusiyanın Kislovodsk şəhərində yeniyetmələr (8-15 yaş), gənclər (16-18 yaş)
və böyüklər (19 yaşdan yuxarı) arasında MMA üzrə dünya birinciliyi və
çempionatı keçirilib. Sayca 7-ci dəfə təşkil olunan çempionatda 15 ölkədən 161
idmançı qalib adı uğrunda mübarizə aparıb.Yarışda böyük əzmkarlıq nümayiş etdirən “Neftçi İdman Klubu”nun yetirməsi
Ehtiram Dərişov bütün döyüşlərdən qalib ayrılaraq böyüklər arasında dünya
çempionu adını qazanıb. 57 kq çəkidə çıxış edən idmançımız Tacikistan və
Hindistan təmsilçilərini məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici
görüşdə rusiyalı İrisxan Makayev üzərində tam qələbə qazanan Dərişov dünya
çempionatının qızıl medalına sahib olub.Qeyd edək ki, klubumuzun idmançılarının da yer aldığı komanda
yarışlarında Azərbaycan yığması 3-cü yeri tutub.