“Neftçi
İdman Klubu”nun cüdoçusu Nəzakət Əzizova Avstriyada gənclər arasında təşkil
olunan Avropa kubokundan medalla ayrılıb. 52 kq çəki dərəcəsində mübarizə
aparan xanım idmançımız yarımfinala qədər məğlubiyyətsiz irəliləyib. Bu mərhələdə
İsrail təmsilçisi Betina Temelkovaya məğlub olan Əzizova üçüncü yer uğrunda
mübarizəyə qoşulub. Həmin qarşılaşmada hollandiyalı rəqibi Danique Janssen
üzərində qələbə qazanan cüdoçumuz mötəbər turnirin bürünc medalına sahib olub.