“Neftçi
İdman Klubu”nun 11 yaşlılardan ibarət futbol komandası Gürcüstanın paytaxtı
Tbilisidə keçirilən beynəlxalq turnirdə iştirak edib. Gürcüstan Futbol
Federasiyasının ilk prezidenti Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş
turnirdə komandamız qrupda Tbilisinin və Batuminin “Dinamo” komandalarına
müvafiq olaraq 2:0 və 4:0 hesabı ilə qalib gəlib. Sulakvalidze Futbol Akademiyasının
komandasına isə 1:2 məğlub olan kiçikyaşlı futbolçularımız qrupda 2-ci yeri
tutaraq final mərhələsinə vəsiqə qazanıblar. Dörddəbir finalda komandamız yerli
“Çempion”la üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında hesab açılmadığından,
qalibi təyin etmək üçün penaltilərə müraciət olunub. Burada gürcüstanlılar daha
dəqiq olub və 2:3 hesabı ilə məğlubiyyətə uğrayan komandamız mübarizəni
dayandırmalı olub.