İyunun 3-də Gürcüstanın Batumi şəhərində startı verilmiş akrobatika
gimnastikası üzrə Acarıstan Muxtar Respublikasının açıq birinciliyi başa çatıb. Yarışda 12-18 yaşlı
idmançılar öz bacarıqlarını nümayiş etdiriblər.”Neftçi İdman Klubu”nun gimnastları da bu açıq birinciliyə qatılıblar və
yarışdan medallarla ayrılıblar. Belə ki, Elvira Hüseynova, Tünzalə Daşdəmirova
və Ceyla Zakiryayevadan ibarət qadın üçlüyü fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Səmra Əsgərzadə, Mina Beydıyeva və Safiya Babayeva üçlüyü isə yarışın
gümüş medalına layiq görülüb. Aygün Əhmədova və Ayla Zakiryayevadan ibarət
cütlük isə qadın cütlüyü yarışlarında qalib adını qazanıb.