İyunun 9-da start götürmüş kişi və qadın gimnastikası üzrə 24-cü Bakı
çempionatı və Azərbaycan birinciliyi, o cümlədən akrobatika üzrə 24-cü ölkə
birinciliyinə yekun vurulub. Milli Gimnastika Arenasında keçirilən yarışda 134
gimnast bacarığını nümayiş etdirib.Klubumuzun təmsilçiləri akrobatika gimnastikası üzrə Azərbaycan
birinciliyində uğurla çıxış ediblər. Belə ki, 12-18 yaş kateqoriyasında
mübarizə aparan Ayla Zakiryayeva və Aygün Əhmədovadan ibarət qadın cütlüyü
turnirin qalibi adını qazanıb. 11-16 yaş kateqoriyasında Arzu Məlikzadə,
Firəngiz Musayeva və Mədinə Əsədlidən ibarət qadın qrupu gümüş medala layiq
görülüb. Eyni yaş kateqoriyasında mübarizə aparan Lamiyə Quliyeva – Sloan
Solley – Asiman Ələsgərova qadın qrupu isə 3-cü yeri tutub.Klubumuzu təmsil edən Rüfət Əzizov və Süleyman Səfərovdan ibarət cütlük
isə 11-16 yaşlı kişi cütlükləri arasında gümüş medala yiyələnib.