Gürcüstanın paytaxtı Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq
Balavadze və Givi Kartozianın şərəfinə Qızıl Qran-pri turniri keçirilib.Klubumuzun yığma komandanın heyətində təmsil olunan iki sərbəst
güləşçisi yarışın medalına layiq görülüb. Onlardan 61 kq çəki dərəcəsində
mübarizə aparan Qalib Əliyev bütün qarşılaşmaları qələbə ilə başa vurub və
turnirin qalibi adını qazanıb. Yarışda ölkəmizi 57 kiloqram çəkidə təmsil edən
Mircəlal Həsənzadə isə gümüş medala sahib olub.