Azərbaycan Boks Mərkəzində yeniyetmələr arasında respublika birinciliyi
keçirilib. 13-14 yaşlı idmançılar arasında təşkil olunan yarışda 16 çəki
dərəcəsi üzrə 280 dəri əlcək ustası mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yetirmələri ölkə birinciliyinin 10 medalına (1
qızıl, 2 gümüş, 7 bürünc) sahib olublar. Yeniyetmə boksçularımızdan 37 kq
çəkidə çıxış edən Nihat Qurbanlı bütün rəqiblərini məğlub edib və Azərbaycan
çempionu adını qazanıb. Əli İsgəndərov (48 kq) və Savalan Səfərov (65 kq)
gümüş, Heybət Dadaşov (41,5 kq), Fərid Quliyev (43 kq), Xudu Suanverdiyev (48
kq), İsmayıl Gülməmmədov, Elməddin Ağayev (hər ikisi 50 kq), Sərdar Səmədzadə (56 kq) və Samir Xankişiyev (59
kq) isə bürünc medala layiq görülüblər.