“Neftçi İdman Klubu”nun cüdoçusu Tural Səfquliyev daha bir uğura imza atıb.
90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Meksikada təşkil olunan Kankun
Qran-pri turnirində gümüş medala layiq görülüb. Çili, Rumıniya və ABŞ
təmsilçiləri üzərində inamlı qələbə qazanan cüdoçumuz finala vəsiqəni təmin
edib. Həlledici görüşdə ispaniyalı Nikoloz Şerazadaşviliyə məğlub olan klubun
yetirməsi Kankun Qran-prisini 2-ci pillədə başa vurub.Xatırladaq ki, Tural Səfquliyev bugünlərdə Rumıniyanın paytaxtı
Buxarestdə 29 ölkədən 376 cüdoçunun qatıldığı açıq Avropa çempionatında qızıl
medala sahib olmuşdu.