Şağan Olimpiya İdman Kompleksində SSRİ-nin və Azərbaycanın əməkdar
məşqçisi, beynəlxalq dərəcəli hakim Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş
sambo üzrə Azərbaycan kuboku keçirilib. Turnirdə üç yaş qrupu üzrə 600-ə qədər
idmançı mübarizə aparıb.Yeniyetmələr (1999-2001), gənclər (1997-1998) və kişilər arasında təşkil
olunan yarışda “Neftçi İdman Klubu”nun samboçuları əzm göstərərək 34 medala (15
qızıl, 9 gümüş, 10 bürünc) sahib olublar. Yeniyetmələr arasında Nurlan
İsmayılov (48 kq), Əlifağa Qənbərov (52 kq), Rəşad Dünyamalıyev (56 kq), Teymur
Allahverdiyev (70 kq) və Əli Nəzərli (81 kq) rəqib tanımayaraq fəxri kürsünün
ən yüksək pilləsinə qalxıblar. Gənclərdən Sabir Ağayev (48 kq), Eyvaz Baxşıyev
(52 kq), Rəşad Dünyamalıyev (57 kq), Bahadur Əsgərov (68 kq), Elçin Sadıqov (90
kq), kişilər arasında isə Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq), Emin
Həsənov (68 kq), Samir Kərimov (74 kq) və Ceyhun Hüseynov (82 kq) eyni uğura
imza atıblar.