Hövsan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr olunmuş hapkido üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda
25 klubun 250-dən artıq idmançısı qüvvəsini sınayıb.Klubumuz çempionatda 43 idmançı ilə təmsil olunub. Uşuçularımız yarışın 30
medalını (14 qızıl, 10 gümüş, 6 bürünc) qazanıblar və komanda hesabında birinci
yeri tutublar. Təmsilçilərimizdən Mustafa Məmmədov, Elcan Qasımov, Nicat Heydərov, Əli
Məmmədov, Yaşar Bayramov, Heydər Qasımov, Məhəmməd Musayev, Alim Kazımov, Murad
Bəhramzadə, İsamyıl Zeynalov, Rahib İbrahimov, Rəşad Qəhrəmanov, Fuad Zəkili və
Nihad Quliyev qızıl medala layiq görülüblər.Qeyd edək ki, çempionatın baş hakimi “Neftçi
İdman Klubu”nun uşu üzrə məşqçisi Rafət Əsədov olub.