Litvanın Kaunas şəhərində yeniyetmə cüdoçuların Avropa birinciliyinə yekun
vurulub. 42 ölkədən 430 idmançının (234 oğlan, 196 qız) qatıldığı yarışda Azərbaycan
yığması 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunub. Yeniyetmələrimiz qitə
birinciliyinin 1 qızıl, 3 gümüş və 1 bürünc medalına sahib olublar.Əldə olunmuş medallardan ikisini “Neftçi İdman Klubu”nun millinin
heyətində yer almış cüdoçuları ölkəmizə qazandırıblar. İdmançılarımızdan 66 kq
çəki dərəcəsində mübarizə aparan Qnyaz Mahmudlu yalnız həlledici final
görüşündə məğlub olub və Avropa birinciliyinin gümüş medalına layiq görülüb. Davud
Abbaslı (60 kq) isə mötəbər turnirin bürünc medalına yiyələnib.