Polşanın Bıdqoş şəhərində 23 yaşadək idmançılar arasında atletika üzrə
Avropa çempionatı keçirilib.”Neftçi İdman Klubu”nun təmsilçisi Nazim Babayev üç təkanla tullanma
yarışlarında 17,18 metr nəticə göstərərək qitə çempionatının qızıl medalına
sahib olub. Bu nəticə ilə o, həm də şəxsi rekordunu yeniləyib.Qeyd edək ki, Avropada öz yaşıdları arasında birinci olan atletimiz
böyüklərdə yalnız İtaliya idmançısı Fabrizio Donatodan geri
qalır.Xatırladaq ki, Nazim Babayev 2015-ci ildə
İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında Avropa çempionu olub. İdmançımız,
həmçinin bu il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da qalibi adını qazanıb.