Belarusun paytaxtı Minskdə keçirilən cüdo üzrə açıq Avropa çempionatına
yekun vurulub.46 ölkədən 411 idmançının (285 kişi, 126 qadın) qalib adı uğrunda yarışdığı
çempionatda Azərbaycan yığması 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunub. Millimizin
üzvləri mötəbər turnirin 2 qızıl, 1 gümüş və 1 bürünc medalını qazanıblar.Əldə olunmuş medallardan üçünə “Neftçi İdman Klubu”nun təmsilçiləri sahib
olublar. 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə və Hidayət
Heydərov (73 kq) bütün qarşılaşmalardan qalib ayrılıblar və Avropa çempionu
adına layiq görülüblər. Qeyd edək ki, Hidayət Heydərov yarımfinalda Ermənistan
idmançısı Arsen Qazaryan üzərində parlaq qələbə qazanıb.Qadınların yarışında 78 kiloqramdan yuxarı çəkidə çıxış edən İrina
Kindzerska isə Belarus paytaxtını bürünc medalla tərk edib.