Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa kuboku keçirilib.Azərbaycan cüdoçuları mötəbər yarışda böyük əzmkarlıq nümayiş etdiriblər və
4-ü qızıl, 5-i gümüş, 4-ü bürünc olmaqla 13 medala sahib olublar.”Neftçi İdman Klubu”nun milli komandamızın heyətində yer almış
yetirmələrindən beşi mükafatçılar sırasına düşməyə müvəffəq olub. İdmançılarımızdan
Əhməd Yusifov (60 kq), Zelim Kotsoyev (100 kq) və Nəzakət Əzizova (52 kq) rəqib
tanımayaraq Avropa kuboku yarışının qalibi adını qazanıblar. Musa Şəkərəliyev (100
kq) və Leyla Əliyeva (48 kq) isə mötəbər turnirin gümüş medalına layiq
görülüblər.Qeyd edək ki, 27 ölkədən 308 idmançının (177 oğlan, 131 qız) qatıldığı
yarışda yığma komandamız 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.