Avqustun 12-də Rusiyanın Ulyanovsk vilayətində start götürmüş MDB ölkələri
milli idman növlərinin və oyunlarının birinci festivalı davam edir. Azərbaycanın
da qatıldığı və 1000-dən çox idmançının yarışdığı mötəbər tədbirin proqramına
Olimpiya və qeyri-Olimpiya idman növləri daxil edilib. Festivalda 70 dəst medal
uğrunda mübarizə aparılır.”Neftçi İdman Klubu”nun samboçusu, 62 kq çəki dərəcəsində ölkəmizi təmsil
edən Cavidan Qarayev festivalda böyük uğura imza atıb. Səhliman Ağayevin
yetirməsi bütün görüşlərdən qalib ayrılıb və mötəbər yarışın qızıl medalına
sahib olub.Qeyd edək ki, festivala avqustun 15-də yekun vurulacaq.