İngiltərənin Valsall şəhərində paralimpiyaçılar arasında cüdo üzrə Avropa
çempionatı keçirilib.Ölkəmizi mötəbər yarışda “Neftçi İdman Klubu”nun 7 paracüdoçusu təmsil
edib. Çempionatda mübarizə aparan bütün idmançılarımız uğurla çıxış ediblər və
millimizin aktivinə 4 qızıl, 1 gümüş və 2 bürünc medal yazdırıblar. Klubumuzun təmsilçilərindən
İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova rəqib
tanımayaraq Avropa çempionu adını qazanıblar. Bayram Mustafayev gümüş, Ramil
Qasımov və Hüseyn Rəhimli isə bürünc medala sahib olublar.