Tayvanın paytaxtı Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay
Universiadasında cüdo yarışları davam edir.Universiadanın ilk günü milli komandamız üçün uğurlu olub. Belə ki, “Neftçi
İdman Klubu”nun cüdoçusu, yarışda ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən
Zelim Kotsoyev bütün qarşılaşmaları qələbə ilə başa vuraraq Universiadanın
qalibi adını qazanıb. Qızıl medala aparan yolda idmançımız Almaniya, Latviya,
Bosniya-Herseqovina, Rusiya və Yaponiya təmsilçilərini məğlubiyyətə uğradaraq
mübarizədən kənarlaşdırıb.Qeyd edək ki, 32 ölkədən 300-ə yaxın idmançının qatıldığı Universiadaya
avqustun 30-da yekun vurulacaq.