Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı davam edir. Yarışın
ilk günlərində yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.”Neftçi İdman Klubu”nun millinin heyətində ölkəmizi təmsil edən yunan-Roma
güləşçisi Elvin Mürsəliyev (80 kq) ilk görüşdə Rusiya idmançısı, ikiqat Olimpiya
çempionu Roman Vlasov üzərində qələbə qazanıb. Növbəti qarşılaşmalarda Polşa
təmsilçisi Edqar Babayan və mərakeşli Zied Aid Ouagramdan üstün olan Mürsəliyev
yarımfinala yüksəlib. Bu mərhələdə Belarus güləşçisi Radzik Kulieu ilə gərgin
keçən görüşdə hesab bərabər olsa da, sonuncu xalı qazandığından qələbə rəqibə
verilib. Bürünc medal uğrunda mübarizədə bolqarıstanlı Daniel Aleksandrovu
məğlubiyyətə uğradan idmançımız mundialı 3-cü pillədə başa vurub.