Sumqayıtda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş
kikboksinq idman növünün K-1 versiyası üzrə peşəkarlararası beynəlxalq turnir keçirilib.
“Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı” şüarı altında təşkil
olunan yarışda Azərbaycan, Gürcüstan və Pakistandan olan 20 peşəkar kikboksçu
reytinq döyüşlərində mübarizə aparıb.Klubumuzun yetirməsi, 57 kiloqram çəki dərəcəsində çıxış edən Camal
Məmmədov Azərbaycan kəməri uğrunda görüşdə Nurlan Məmmədovu məğlub edərək beynəlxalq
turnirin qalibi adını qazanıb.