Fransanın paytaxtı Parisdə keçirilən güləş üzrə dünya çempionatında “Neftçi
İdman Klubu”nun sərbəst güləşçisi Hacı Əliyev qızıl medala sahib olub. 61
kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu, Rio Olimpiya
Oyunlarının bürünc medalçısı H.Əliyev bütün rəqibləri üzərində qələbə qazanaraq
finala yüksəlib. Finala gedən yolda güləşçimiz Qırğızıstan, Yaponiya, Slovakiya
və Kubadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Hacı
Əliyevin rəqibi Rusiya idmançısı Hacımurad Rəşidov olub. Görüşün başa çatmasına
30 saniyə qalmış idmançımız tam üstünlüklə qalib gəlib.Bununla da Hacı Əliyev Azərbaycan sərbəst güləş tarixində üçqat dünya
çempionu olan ilk güləşçi olub.Xatırladaq ki, mundialın ilk günlərində klubumuzun yunan-Roma güləşçisi Elvin
Mürsəliyev (80 kq) bürünc medal qazanmışdı.