Yunanıstanın paytaxtı Afinada yeniyetmələr arasında güləş üzrə dünya
birinciliyi davam edir.Qızlar arasında keçirilən yarışda “Neftçi İdman Klubu”nun millinin
heyətində yer almış güləşçisi, 38 kq çəki dərəcəsində ölkəmizi təmsil edən
Şəhanə Nəzərova böyük əzmkarlıq nümayiş etdirərək dünya çempionu adını qazanıb.
Xanım idmançımız ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyəyə, rusiyalı
güləşçini isə 65 saniyəyə məğlub edib və finala vəsiqəni təmin edib. Həlledici
qarşılaşmada Ukrayna idmançısı Mariya Tomişiçlə üz-üzə gələn klubumuzun
yetirməsi rəqibinə vaxtından əvvəl qalib gəlib və dünya birinciliyinin qızıl
medalına sahib olub.Xatırladaq ki, Şəhanə Nəzərova ötən ay yeniyetmələr arasında Avropa
çempionu adını qazanmışdı.